Ötən gün baş verən kəskin ucuzlaşmadan sonra dünya bazarında neftin qiymətində cüzi artım müşahidə olunur. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 45,73 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar azalaraq 47,40 dollar olub.
Qeyd edək ki, ötən gün ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin kəskin artması nefti xeyli ucuzlaşdırıb. Brent markalı neftin qiyməti sentyabr ayından etibarən ən aşağı səviyyəyə enib.
Xatırladaq ki, ABŞ Neft İnstitutunun açıqladığı statistikaya əsasən, həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 9,3 mln. barrel artıb.
Neftin qiymətinin kəskin ucuzlaşması fonunda manat dünənki dəyərini qoruyub saxlaya bilib. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "Apa Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,6490 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,41% möhkəmlənərək 1,8329 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 2-si ilə müqayisədə 0,38% zəifləyərək 0,0260 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% bahalaşaraq 0,5292 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0332 manatdır. Beləliklə, funt sterlinq 0,72%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 1,35% zəifləyərək 0,6772 manat təşkil edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















