Bakı şəhərinin Pirallahı Sənaye Parkında noyabrın 2-də Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın "R-Farm" şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycanın "Karat Holdinq" şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib. "Azersun Holding" Krasnodar vilayətində 8 mln. dollarlıq meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabrikini tikib" - nazir deyib.
O bildirib ki, bununla yanaşı, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir: "Karvan-L" şirkəti Kabardin-Balkar Respublikasında "Stalprom" şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində "Anji" İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. "Mətanət A" şirkəti isə Krasnodar vilayətində 33 mln. dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb."
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















