Azərbaycan İranla gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar. Apa-nın Tehran bürosunun məlumatına görə, sənədi Azərbaycan Dövlət Gömrük Komitələrinin sədri Aydın Əliyev və onun iranlı həmkarı Məsud Kərbasyan imzalayıb.
Saziş Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gömrük orqanlarının rəhbərlərinin iclası çərçivəsində imzalanıb.
Sənədə əsasən bundan sonra iki ölkənin gömrük xidmətləri arasında informasiya mübadiləsi elektron formada həyata keçiriləcək. Elektron informasiya mübadiləsi sərnişinlərin və tez xarab olan məhsulların gömrük yoxlamalarından daha sürətli və rahat keçidini təmin edəcək.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































