Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern" mebel fabrikinin açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə "Saloğlu" mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış olub.
Sonra prezident İlham Əliyev "Modern" mebel fabrikini işə salıb.
Azərbaycan prezidentinə yeni fabrik barədə məlumat verilib. Bildirilib ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Sonra prezident İlham Əliyevə "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq "Venzana" mebel fabriki barədə məlumat verilib. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.
Dövlət başçısı yeni fabrikin təməlini qoyub.




Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































