Nərimanov rayonu, Montin qəsəbəsi, Zeynal Xəlil küçəsi 19/29 da yaşayan bina sakinləri aylardır davam edən qaz problemi ilə bağlı "Qafqazinfo"ya müraciət edib.
Sakinlərin sözlərinə görə, may ayından bəri yaşadıqları mənzillərə demək olar ki qaz verilmir: "Verilən qaz da aşağı təzyiqdə olur. Gün ərzində dəfələrlə yanıb sönür. Bu da mənzillərimiz üçün böyük təhlükədir. Dəfələrlə "Azəriqaz" ın "Qaynar Xətt" inə zəng vurmuşuq. Telefona da cavab vermirlər. İndi də havalar soyuyub. Problem daha da böyüyüb. Gecə saat 12-dən səhərə kimi qaz olmayıb".
"Qafqazinfo" sakinlərin müraciəti ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O sakinlərin müraciəti ilə bağlı qeyd olunan ünvana biriqada göndərildiyini qeyd edib: " Əməkdaşlar mənə məlumat verdilər ki, həmin ərazidə qazın verilişi üzrə məhdudiyyət yoxdur".
Bu məqamda sakinlər yenidən redaksiyamızla əlaqə saxlayaraq ərazi üzrə heç bir briqadanın göndərilmədiyini və evlərdə yoxlanış həyata keçirilmədiyini vurğulayıblar.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















