Bu gün Milli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Apa-nın məlumatına görə, layihə barədə layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynli məlumat verib.
Qanun layihəsinə təklif edilən dəyişikliklərə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq. Qanuna təklif edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq. Sadə dillə desək, 2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















