"Əmək və Əhalinin Sosial Müdafiəsi naziri mənə Qarabağ müharibəsi veteranı vəsiqəsini alanlarla bağlı elə bir rəqəm dedi ki, bunu parlamentdə səsləndirmək belə istəmirəm. Bizdə o sayda Qarabağ müharibəsi iştirakçıları olmayıb".
Apa-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişiklik müzakirə olunarkən Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bildirib. S. Novruzov deyib ki, döyüşlərdə iştirak etmiş və haqqı olan bəziləri veteran vəsiqəsi ala bilməyib: "Ancaq elələri var ki, haqqı olmaya-olmaya haqqı olanların haqqını alır. Onlar heç təmas xəttində olmayıblar".
S. Novruzov qeyd edib ki, Qarabağ müharibəsi veteranlarına 50 manat müavinət verilir: "Ancaq o insanlar pensiyaya çıxan zaman həmin müavinət dayandırılır. Onlar pensiyaya çıxanda yenə də veteran olaraq qalırlar. Yaxşı olardı ki, pensiyaya çıxandan sonra da bu vəsait verilsin".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















