Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Belə ki, ABŞ-ın dollarının məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,1% ucuzlaşaraq 1,5970 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Daha dəqiq desək, 0,02% dəyər qazanaraq 1,7613 manat olub.
Rus rublunun qiyməti dünənlə müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% ucuzlaşaraq 0,5171 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 0,01% ucuzlaşaraq 1,9481 manat təşkil edib.
Gürcüstan larisinin məzənnəsi 0,74% ucuzlaşaraq 0,6724 manat təşkil edib.
Manatın dəyər qazanması fonunda Azərbaycan nefti bir qədər dəyərini itirib. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,02 dollar və ya 0,03% azalaraq 52,19 dollar təşkil edib. Bununla belə, neftin qiymətinin ilin sonuna qədər bir qədər qalxacağı ehtimal olunur.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















