Bu il Nobel Sülh Mükafatını qadın hüquqları ilə bağlı fəaliyyətinə görə həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi alıb.
Norveçin paytaxtı Osloda Oslo Şəhər Sarayında təşkil edilən mərasimdə Nərgiz Məhəmmədinin aldığı mükafat Parisdə sürgündə olan onun 17 yaşlı əkiz uşaqları Əli və Kiana Rəhmaniyə verilib.
Kiana Rəhmani mətbuat konfransında anasının yazdığı məktubu oxuyub. Məktubda Məhəmmədi İran hökumətinin "dağıdıcı tiranlığı" ilə mübarizədə özünün "ən böyük və ən mühüm müttəfiqləri" kimi xarakterizə etdiyi jurnalistlərə və media işçilərinə təşəkkür edib.
Məhəmmədi məktubunda İran cəmiyyətinin "qlobal dəstəyə" ehtiyacı olduğunu vurğulayıb və deyib:
"Siz jurnalistlər və media mütəxəssisləri İslam Respublikası hökumətinin dağıdıcı tiranlığına qarşı apardığımız çətin mübarizədə bizim ən böyük və ən mühüm müttəfiqlərimizsiniz. Səyləriniz və bizim üçün etdiyiniz hər şeyə görə sizə ürəkdən təşəkkür edirəm".
Anasını yenidən görməyə ümidinin az olduğunu deyən Kiana: "Bəlkə onu 30-40 ildən sonra görə bilərəm, amma düşünürəm ki, onu bir daha görməyəcəm. Amma fərqi yoxdur, çünki anam həmişə yaşayacaq"...
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































