Rusiya paytaxtında dekabrın 3-də düşən yağıntının miqdarına görə gündəlik rekord müəyyən edilib. Lent.az xəbər verir ki, Rusiyadakı meteorologiya stansiyası məlumat yayıb. Bildirilib ki, bu son 145 ilin rekord göstəricisidir. Bundan öncəki rekord 1980-ci ilin bu günündə qeydə alınıb. Ən çox yağıntının Moskvanın mərkəzinə düşdüyü məlum olub. Qarın sabaha qədər davam edəcəyi bildirilib. Moskvanın Nəqliyyat Departamenti sürücülərə şəxsi avtomobillərdən imtina etmək və ictimai nəqliyyata üstünlük verməyi xahiş edilib. Qarşıda isə moskvalıları Sibir şaxtası gözləyir. Sinoptiklərin məlumatına görə, ən soyuq gün cümə günü, dekabrın 8-i olacaq. Havanın temperaturu mənfi 22 dərəcəyə enəcək.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































