Bu gün Azərbaycan ilə Rumıniya arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Verner İohannisə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda Azərbaycan-Rumıniya münasibətlərinin xoş ənənələrə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur.
“İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir”, - deyən Azərbaycan Prezidenti bu əlamətdar gün münasibətilə rumıniyalı həmkarına cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Rumıniya xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































