Naxçıvan polisi tərəfindən son bir ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 67 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri altı ədəd odlu silah, dörd ədəd avtomat darağı, 262 ədəd müxtəlif çaplı sursat, bir ədəd optik snayper nişangahı, iki ədəd qaz tapançasını təhvil veriblər.
Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, bir ədəd avtomat xəzinəsi və iki ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları, iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz yollarla aksiz markası olmayan tütün məhsullarının, güclü təsirə malik dərman vasitələrinin və saxta dollarların satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqı davam etdirilir.
Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb.
Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































