Türkiyədə əlində silah tutduğu görüntülərin olduğu video paylaşdığı üçün saxlanılan sosial media fenomeni Banu Parlak sərbəst buraxılıb.
Axşam.az xəbər verir ki, məhkəmə prokurorluğun araşdırması nəticəsində fenomenin sərbəst buraxılmasını qərara alıb. Sososial mediada Parlakın azadlığa çıxdıqdan sonra ədliyyə binasından qaçaraq uzaqlaşdığı görüntülər yayılıb.
Qeyd edək ki, fenomen əlində silah tutduğu görüntülərdə "Maşın, ev kimi yox, belə maraqlarım var. Nə etmək olar? Bu günü çoxdan gözləyirdim. Yeri gəlmişkən, lisenziyası var. Mən heç kimi silahdan istifadə etməyə təşviq etmirəm" deyə, bildirmişdi. Bir çox gözəllik mərkəzi olan Parlakın əslində silah gəzdirmək üçün lisenziyasının olmadığı açıqlanmışdı.
Xatırladaq ki, daha əvvəl sosial media fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə saxlanılıb.
Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Həmçinin, daha sonra çirkli pulların yuyulmasında təqsirli bilinən fenomenlər Bahar və Nihal Candan bacıları da nəzarətə alınıb.
Azərbaycanpolisi.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































