Türkiyədə kişi keçmiş arvadını öldürüb. Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tekirdağ şəhərinin Çerkezköy qəsəbəsində baş verib. Sevgi Taşkan 2 övladına 4 ay əvvəl boşandığı atalarının yanına gedəcəyini deyərək evdən çıxıb. Gecəyarıyadək gəlmədiyi üçün uşaqlardan biri atasının evinə gedib. O, mənzilə daxil olanda anasının meyitini tapıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədən keçmiş ər Hüseyn U. gizləndiyi yerdə saxlanılıb. O, ifadəsində qadının sərxoş halda evinə gələrək ona zərbələr vurduğunu və sifətini cırdığını deyib. Onun sözlərinə görə, belə olduğu halda tapança ilə Sevgi Taşkanı kürəyindən vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































