Böyük Britaniya Ali Məhkəməsi hökümətin ölkədə yaşamağa icazəsi olmayan miqrantları Ruandaya deportasiya etmək planını qeyri-qanuni elan edərək, əvvəlki Apellyasiya Məhkəməsinin bu təcrübəsinin təhlükəsiz ola bilməyəcəyi barədə qərarı ilə razılaşıb. Hökmü Britaniyanın ən yüksək məhkəmə orqanlarından birinin sədri lord Robert Rid elan edib. “Ali Məhkəmə yekdilliklə Daxili İşlər Nazirliyi rəhbərinin şikayətini rədd edib və Apellyasiya Məhkəməsinin Ruandaya miqrantların göndərilməsi sxeminin qanunsuz olduğuna dair qənaətini təsdiq edir”, – məhkəmənin qərarında deyilir. Rid bildirib ki, ədliyyə bu nəticəyə sığınacaq axtaranların sonradan Ruandadan məcburi şəkildə öz ölkələrinə köçürülməsi halında onların real pis rəftar riski ilə üzləşəcəyinə inanmaq üçün əhəmiyyətli əsaslar olduğuna görə gəlib. Məhkəmə həmçinin BMT konvensiyalarında, eləcə də Böyük Britaniyanın tərəfdar çıxdığı İnsan Hüquqları üzrə Avropa Konvensiyasında təsbit edilən geri qaytarmama prinsipinə istinad edib. Ridin qeyd etdiyi kimi, bu prinsip miqrantların ölkədən çıxarılmasına etiraz etmək hüququna malik olmasını nəzərdə tutur. Rid etiraf edib ki, ümumiyyətlə, məhkəmənin narahatlığına səbəb olan məsələlər düzəldilirsə, hökumətin proqramı, yaşamaq hüququna malikdir. "Mənşə ölkəsinə məcburi qayıdış riskini aradan qaldırmaq üçün dəyişikliklər lazımdır. Bunlar gələcəkdə tətbiq oluna bilər", - deyə məhkəmənin qərarında BMT-nin Ali Baş İdarəsinin ekspert ifadəsinə istinad edilib.
Hazırda Böyük Britaniyada sığınacaq tələblərinə hökumətdən cavab gözləyən 175 mindən çox insan var. Müraciətlərə baxılan müddətdə qaçqınlar xüsusi miqrasiya mərkəzlərinə yerləşdirilsələr də, onların sayı kifayət qədər deyil. “The Times” qəzetinin yazdığına görə, qeyri-qanuni mühacirlərin saxlanması Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt-sterlinqə (5 milyard dollar) başa gəlir. Xüsusilə, 50 mindən çox qeyri-qanuni miqrantın otellərdə yerləşdirilməsi gündə təxminən 6 milyon funt-sterlinqə (7,5 milyon dollar) başa gəlir.
Azərbaycanpolisi.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































