Noyabrın 10-da qardaş ölkədə Türkiyə Respublikasının qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxt Ankarada Böyük Öndərin əziz xatirəsini anmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Türkiyə xalqının böyük oğlunun məzarını - Anıtqəbiri ziyarət edib.
Mustafa Kamal Atatürkün gözlərini əbədi olaraq yumduğu an – Türkiyə vaxtı ilə saat 09:05-də bütün ölkədə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anıtqəbirdə Türkiyənin Dövlət Himni - “İstiqlal marşı” səsləndirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Türkiyənin bütün bölgələrində anım mərasimləri keçirilib.
Səksən beş il əvvəl əbədiyyətə qovusan Mustafa Kamal Atatürkün əziz xatirəsi türk xalqının qəlbində dərin kök salıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































