Qanuna qarşı çıxanlar azadlıqdan məhrum edilirlər

Qanuna qarşı çıxanlar azadlıqdan məhrum edilirlər

İranda hicab taxmayan qadınlar təqib, cərimə və hətta həbslə üzləşə bilirlər. Qanuna qarşı çıxanlar isə illərlə azadlıqdan məhrum edilirlər.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsi İranı şəriət qanunlarının icrasına cavabdeh olan “əxlaq polisi” bölməsini ləğv etməyə çağırıb.

Ölkədə qadınlara qarşı rəftardan və İranın insan haqları ilə bağlı vəziyyətindən narahat olduğunu bildirən komitə rəsmi Tehranın qadın və qızları hər cür zorakılıqdan qoruyan qanunlar qəbul etməli olduğunu bildirib.

“İştirakçı dövlət məişət zorakılığı, nikahda zorlama və qondarma (namus) adı altında törədilən cinayətləri aydın şəkildə əks etdirən, qadınlara və qızlara qarşı zorakılığın bütün formalarını cinayət məsuliyyətinə cəlb edən hərtərəfli qanun qəbul etməlidir”, - komtiənin hesabatında belə deyilir.

Keçən il məcburi hicab qaydasını pozduğu iddiası ilə "əxlaq polisi" tərəfindən saxlanılan 22 yaşlı Mahsa Əmini polisin dindirilməsi zamanı öldü və onun ölümü ölkə daxilində aylarla davam edən hökumət əleyhinə etirazlara səbəb oldu.

Əminin ölümü, siyasi və həyat tərzi azadlıqlarının olmamasından tutmuş iqtisadi çətinliklərə qədər bir çox mövzuda ictimaiyyətin sönmüş qəzəbinə səbəb oldu və son illərdə dini qurumların ən böyük legitimlik böhranına səbəb olub.

BMT-nin Cenevrədə yerləşən agentliyi bildirib ki, İran “məcburi örtünməyə əməl etməməyi cinayət hesab edən qanunları, siyasəti, dəyişdirməli və əxlaq polisini ləğv etməlidir”.

İranın Cenevrədəki diplomatik missiyası komitənin nəticələrini şərh etmək üçün medianın sorğularına cavab verməyib.

İran rəsmilərinin ölkədə baş verən iğtişaşlara görə xarici qüvvələri (xarici düşmənlər), xüsusən də ABŞ və İsraili günahlandırmaları həbs təhlükəsi ilə üz-üzə olanlar üçün riskləri daha da artırır.

Tehranın şiələrin üstünlük təşkil etdiyi dini rəhbərliyi örtüyü “İran xalqının sivilizasiya əsaslarından biri” kimi təsvir edir.

Əmininin həbsdə olarkən ölümündən sonra “əxlaq polisi” küçələrdən xeyli itib.

Lakin etirazlar sürətini itirdikdən sonra onlar küçələrə qayıdıblar və belə qadınları aşkar edib cəzalandırmaq üçün küçə və xiyabanlarda müşahidə kameraları quraşdırıblar.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az