Tehranda bir neçə həftə əvvəl hicabsız olan yeniyetmə qız qəribə şəraitdə metroda huşunu itirərək dünyasını dəyişib. O vaxtdan bəri 16 yaşlı Armita Geravand komadadır, həkimlər ona beyin ölümü diaqnozu qoyublar.
Beynəlxalq hüquq müdafiəçiləri hesab edirlər ki, qız hicabdan imtina etdikdən sonra əxlaq polisi tərəfindən metro vaqonunda döyülüb.

Rəsmilər onun qan təzyiqinin qəfil enməsi səbəbindən huşunu itirdiyini bildiriblər.
Hadisə 22 yaşlı Məhsa Əmininin ölümündən bir il sonra baş verib. O, hicabını səhv geyindiyinə görə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişib. Onun ölümü İranda repressiya və yüzlərlə insanın ölümü ilə nəticələnən etirazlara səbəb oldu.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































