Casusluq ittihamı ilə 8 nəfərə ölüm hökmü çıxarılıb

Casusluq ittihamı ilə 8 nəfərə ölüm hökmü çıxarılıb

Körfəz ölkələrində milyonlarla Hindistan vətəndaşı yaşayır və işləyir. Təkcə Qətərdə 800 mindən çox Hindistan vətəndaşı var.

Hindistan hökuməti Qətər məhkəməsinin ötən il ölkədə həbs edilən 8 Hindistan vətəndaşına ölüm hökmü çıxardığını bildirərək, bu qərardan "dərin təəccübləndiyini" bildirib.

«Biz bu işə çox əhəmiyyət veririk və hadisələri yaxından izləyirik. Bütün konsulluq və hüquqi yolları genişləndirməyə davam edəcəyik. Qətər rəsmiləri ilə qərarı müzakirə edəcəyik və bütün hüquqi variantları araşdıracağıq. Həbs olunanların ailə üzvləri ilə də əlaqə saxlayırıq» - deyə Hindistan hüquq müdafiəçiləri bildiriblər.

Yerli media Qətərdə özəl şirkətdə çalışan 8 nəfərin 2022-ci ilin avqustunda “casusluq” ittihamı ilə həbs edildiyini bildirib.

Hindistan mətbuatında çıxan xəbərlərə görə, bu şəxslər «Al Dahra» adlı məsləhət şirkətində çalışan və Qətər hökumətinə sualtı qayıqların alınmasında xidmət edən təqaüddə olan Hindistan donanmasının zabitləridir. Nə Hindistan, nə də Qətər hakimiyyəti edam cəzasına məhkum edilənlərə qarşı ittihamları ictimaiyyətə açıqlamayıb. Hindistan Xarici İşlər Nazirliyi də medianın məsələ ilə bağlı şərh tələblərinə cavab verməyib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az