Men ştatının Lyuiston şəhərində baş verən kütləvi atışmada azı 22 nəfər həlak olub ,onlarla yaralı var.
Silahlı şəxs şəhərin müxtəlif yerlərində yerləşən boulinq meydançasına və restorana atəş açıb və sonra qaçıb. Lyuiston polis departamenti atışmada iştirak edən şəxsin 40 yaşlı Robert Kard olduğunu müəyyən edib. KİV-rin məlumatına görə, şübhəlinin hərbi xidmət təcrübəsi var və odlu silah təlimatçısıdır. Onun ötən yay Milli Qvardiyanın obyektini vurmaqla hədələdikdən sonra ruhi xəstəxanaya yerləşdirildiyi də bildirilir.
Şerif ofisi şübhəlinin əlində avtomat olan görüntülərini yayıb.
Robert Kartın avtomobili qonşu Lissabon şəhərində tapılıb . Onun tapılması üçün xüsusi əməliyyat aparılarkən, şəhərdə bütün bələdiyyə idarələri bağlanacaq.
Əziz Mustafa
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































