Gəncədə azyaşlı bacı və qardaşın küçəyə atılması məsələsi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb və araşdırmalar aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, uşaqları küçəyə atan nənə deyib ki, azyaşlıların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi yaşayır:
"Uşaqlar bir müddət öncə nənənin qəyyumluğuna verilib. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısına qoyub və oranı tərk edib. Uşaqlar xəstəxanaya yerləşdirilib və İcra Hakimiyyəti tərəfindən azyaşlılarla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib".
Komitənin əməkdaşları tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib və uşaqların vəziyyəti qiymətləndirilib. Ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanatada müvafiq müalicə alırlar. Komitə tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilib. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək".
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































