Bakıda Yasamal rayonunda yerləşən supermarketlərin birində “haramdır” deyib spirtli içkiləri sındırmaqda təqsirləndirilən İkram Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, hadisə bu ilin iyun ayında Yasamal rayonu ərasizindəki supermarketlərin birində baş verib. Marketə gələn şəxs orada olan spirtli içkiləri sındıraraq ticarət obyektinə doqquz min manata yaxın ziyan vurub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.
İkram Hüseynova Cinayət Məcəlləsinin 234.1.1-ci və 186.1-ci maddələri ilə ittiham verilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































