Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri sözsüz ki, dünyanın diqqət mərkəzində olacaq. Bunu demək üçün tədbirə akkreditə olunmuş Qərb mətbuatının sayını görmək kifayət edir. Burada maraqlı olan bir şey var: Putin Ermənistana nə ilə gedir?
Mediainfo.az xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı politoloq, hərbi analitik Vladimir Yevseyev Ermənistan mətbuatına açıqlamasında bildirib.
“Bu görüşdən gözləntilər çoxdur. Proqnozlara əsasən KTMT-nın tədbiri zamanı çox mühüm qərarlar veriləcək. Amma şəxsən mən belə düşünmürəm, çünki Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan artıq hər şeyi detallara qədər müzakirə edib. Məncə, “bomba” effektli bəyanatlar olmayacaq. Hər şey sakitçə keçəcək. Putin bu tədbirdə də Qərbə qarşı olan fikirləri ilə yadda qalacaq. Nə KTMT, nə Bakı, nə də İrəvanla bağlı mühüm dəyişiklik olacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Putinin 22 noyabrda İrəvana səfər edəcəyi gözlənilir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































