"Ukrayna silahlı qüvvələri artıq Luqansk vilayətində 11 yaşayış məntəqəsini rus işğalçılarından azad edib".
Mediainfo.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Serxi Qayday bəyanat verib.
"Silahlı Qüvvələrin irəliləyişi digər sahələrdə olduğu kimi sürətli deyil. Təəssüf ki, rus işğalçı qüvvələri güclü hazırlaşmaq üçün vaxt tapıblar, onlar daim ehtiyatları, texnikaları çıxarır, müdafiə strukturları tikirlər. Və ətrafdakı hər şeyi minalayırlar", - deyə vilayət rəhbəri izahat verib.
Onun sözlərinə görə, işğaldan azad edilən qəsəbələr kiçik kəndlərdir.
Qayday əmin edib ki, Luqansk vilayətinin işğaldan azad edilməsinə başlanması faktının özü böyük nailiyyətdir.
"Yerli sakinlər tez-tez partlayış səsləri eşidirlər. Yəni cəbhə xətti tədricən yaxınlaşır", - o, əlavə edib.
Vilayət rəhbəri deyib ki, yaşayış məntəqələrinin azad edilməsi və təmizlənməsi onlara qayıtmağın mümkün olması demək deyil.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 2022-ci il oktyabrın 31-də Luqansk vilayətinin 9 yaşayış məntəqəsini azad edib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































