Budapeşt Türk Dövlətləri Təşkilatına bütün üzvlərin Ukraynadakı müharibənin diplomatik yolla həllini müdafiə edən sülh forumu kimi baxır.
Mediainfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Türkmənistanla yanaşı müşahidəçi qismində iştirak edən Macarıstan təşkilatda öz rolunu gücləndirməyə çalışır:
“Üzv ölkələrin hamısında səfirlik açmışıq. Bundan başqa, bu ölkələrdən olan tələbələrin Macarıstanda təhsil almaları üçün ümumilikdə 990 qrant təqdim edirik. Macarıstanla TDT-nin altı üzvü arasında son 12 ildə ticarət dövriyyəsi 4,5 milyard avroya çatıb. Yeri gəlmişkən, Türkiyə Macarıstan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə ölkəyə daxil olmasına icazə verib. Macar turistləri indi şəxsiyyət vəsiqələri ilə Türkiyəyə daxil ola biləcəklər”, - Siyarto bildirib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































