Ukrayna hərbi qüvvələri gün ərzində cənubda 55 rus işğalçısını və Rusiya ordusunun silah-sursat anbarlarını məhv edib.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələri işğalçıların cənubda canlı qüvvə, müdafiə sistemləri və texnikalarının cəmləşdiyi ərazilərə 11 zərbə endirib.
Raket zərbələri Rusiya ordusunun 55 hərbçisini, 4 tankını, “Tor-M2” zenit-raket kompleksini, “Akatiya” özüyeriyən haubitsasını, 2 minaatanını və 9 ədəd zirehli texnikasını sıradan çıxarıb.
Bundan əlavə, Sniqurivka və Kostromka yaxınlığında işğalçı ordunun 2 sursat anbarı məhv edilib. Qalan itkilər araşdırılır.
Baxmut və Avdeyev istiqamətlərində artilleriya sistemləri, minaatan və tanklarla hücuma keçən rus qoşunları itkilərlə geri çəkilməyəcə məcbur edilib. Hər iki istiqamətdə təşkil edilən hücumun qarşısı Ukrayna ordusu tərəfindən alınıb. Rus işğalçıları Baxmut və Avdeyevdə 100-ə yaxın hərbçisini itirib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































