Ermənistan prezidenti Vahan Xaçaturyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 27-ci Konfransı çərçivəsində Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati ilə görüşüb.
Mediainfo.az xəbər verir ki, söhbət zamanı Vahan Xaçaturyan livanlı həmkarının diqqətini Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının bu yaxınlarda keçirilən 31-ci sammitində "Qarabağ münaqişəsi"ndə məscidlərin dağıdılması ilə bağlı çıxışına çəkib.
Ermənistan prezidenti Azərbaycan dövlət başçısının bəyanatlarının reallıqla heç bir əlaqəsi olmadığını söyləyib. Onun sözlərinə görə, Ermənistanın müsəlman dünyasında çoxlu dostları var və adı çəkilən dağıdılmış məscidlər Sovet İttifaqı dövrünə təsadüf edir.
Livanın baş naziri həmin sammitdə şəxsən iştirak etdiyini söyləyib. O, erməni həmkarına Ermənistanın ərəb ölkələri ilə münasibətləri daha da yaxşılaşdırmasını məsləhət görüb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































