Son iki ildə yaşananlar və ən son rus sülhməramlıların erməni separatçılarına Gümrüdən silah daşıması faktının üzə çıxması Azərbaycan Ordusunun və Gömrük Komitəsinin Laçın dəhlizində xidmətinin təşkil edilməsini labüd edir.
Mediainfo.az xəbər verir ki, bu sözlər rus sülhməramlıların “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah-sursat daşıması faktı haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl Axar.az-a deyib.
Professorun sözlərinə görə, Rusiyanın qarşısında konkret tələb qoyulmalıdır:
“Laçın dəhlizi yalnız mülki məqsədlər üçün istifadə olunmalıdır. Lakin Azərbaycan tərəfi orada yükü və minik avtomobillərini yoxladıqdan sonra onlar sərbəst hərəkət etməlidir. Bugünədək Rusiya ilə sülhməramlıların fəaliyyəti, vəzifə və öhdəlikləri ilə bağlı müqavilə imzalanmayıb. Fikrimcə, təcili şəkildə bu müqavilə imzalanmalı və həmin müqavilədə sülhməramlıların fəaliyyətinin çərçivəsi konkret göstərilməlidir. Yəni rus sülhməramlılar özbaşına hərəkət etməməlidir. Azərbaycan müstəqil dövlətdir, onun sərhədləri toxunulmazdır. Bunu son iki ildə öz vəzifəsini ancaq separatçı tör-töküntüləri himayə etməklə bitmiş hesab edən Rusiya və rus sülhməramlıların diqqətinə qəti və kəskin şəkildə çatdırmaq, onların qarşısında tələb qoymaq lazımdır. Yoxsa belə silah daşınmaları və rus sülhməramlıların özbaşınalığı, hüquq tanımaz hərəkətləri davam edəcək”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































