İranın nüvə yanacağı istehsalı üçün materialların əldə edilməsində və Tehranın nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir.
Mediainfo.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinin məlumatlarına istinadən xəbər verib.
Kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir:
“Yanacaq potensial olaraq İranın nüvə silahı əldə etmə müddətini daha da qısalda bilər”.
Qeyd olunub ki, eyni zamanda Moskvanın Tehranın tələblərinə razı olub-olmaması qaranlıq olaraq qalır.
CNN bildirib ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































