Son iki ildə Yunanıstanın Qərbi Trakyadakı Aleksandrupolis (Evros) limanını arsenala çevirən ABŞ həmin limana hücum helikopterləri və 600 əsgər yerləşdirməyə hazırlaşır.
Mediainfo.az xəbər verir ki, ABŞ-ın Texas əyalətinin Fort Hood bölgəsində əsasən hücum helikopterlərindən ibarət olan 1-ci Ordu Aviasiya Briqadasının noyabr ayında Aleksandrupolis limanına yerləşdiriləcəyi açıqlanıb.
Xəbərdə deyilir ki, Yunanıstan və Amerika Quru Qoşunlarının Ksanthi əyalətindəki Kayalar kəndində olan atış təlimi sahəsində “Hellenic Tank Challenge” adlı tank heyəti yarışı keçiriləcək. Bura faktiki Türkiyə sərhədində yerləşir.
Qeyd edək ki, ABŞ 1-ci Piyada Diviziyasının və Yunanıstanın 1-ci Ordu Aviasiya Briqadasının yüksək rütbəli komandirləri bu yaxınlarda Stefanovikioda Yunanıstan Ordusu və ABŞ Ərazi Dəstək Qrupunun nümayəndələri ilə görüşüblər.
Yunanıstandakı ABŞ Regiona dəstək qrupunun rəhbəri Brandon Marş Stefanovikio və Aleksandroupoli ABŞ və Yunanıstanın hücum helikopterlərinin qarşılıqlı istifadəsi üçün iki vacib yer təklif etdiyini söyləyib.
Eyni razılaşmaya əsasən, Amerika Birləşmiş Ştatlarının Aleksandrupolisdə daimi olaraq 600 hərbçi yerləşdirəcəyi bildirilib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































