Mən heç vaxt Ermənistanda yaşamamışam, mənim babam-nənəm də orada yaşamayıb. Ümumiyyətlə, ömrüm boyu cəmi iki dəfə Ermənistanda olmuşam. Amma mən etnik erməni olduğumdan erməni xalqına deyəcəklərim var.
Mediainfo.az xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan çıxış edib.
“Ermənilər, ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, o erməni xalqını xilas edib? Rusiya olmasaydı, bu gün Ermənistan deyilən dövlət olmamalı idi. Heç uzaq tarixə getməyək, 44 günlük müharibə zamanı kim Ermənistanı xilas etdi? Qərb? Əlbəttə ki, yox. Əgər Rusiya olmasaydı, Ermənistan fiziki olaraq yox olacaqdı. Bunun qarşısını heç kim ala bilməzdi. Heç kimi ittiham da etməyəcəkdilər. Məndə dəqiq məlumatlar var bununla bağlı. Erməni xalqı isə bütün bunları unudub yenidən Rusiyaya qarşı satqınlıq edir”, - Simonyan bildirib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































