Tanınmış rusiyalı politoloq, jurnalist Maksim Şevçenko iki erməni əsilli rusiyalı siyasətçini xalqlar arasında nifaq toxumu səpməkdə ittiham edib.
Axar.az xəbər verir ki, Şevçenko öz səhifəsində bölüşdüyü videomüraciətdə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulini və rusiyalı professor, politoloq Andranik Miqranyanı illərdir Moskvada otura-otura “dənizdən-dənizə - böyük Ermənistan” ideyasını yaymaqda suçlayıb.
“Bu onların gizli missiyası idi: Azərbaycan və Gürcüstan ərazilərini zəbt etmək, orada yaşayan dinc insanlara qarşı soyqırım etmək... Bu vəhşi ideya məhvə dücar oldu. İndi isə Miqranyan canlı yayımda gürcü xalqını təhqir etməyə cəsarət edir. Bunun qarşısı alınmalıdır”, - deyə o qeyd edib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































