Avropa İttifaqı bu günə kimi Rusiyanın 17,5 milyard avroluq aktivlərini dondurub.
Mediainfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib
“Biz irəliləyiş əldə etdik, aprel ayında təxminən 6,7 milyard avro ilə başladıq və bu gün bu məbləğ artıq 17,5 milyard avrodur”-deyə, o bildirib.
Onun sözlərinə görə, adı qurumun sanksiyaların siyahısına düşən 1 350 şəxs və təşkilatın hesabları, daşınmaz əmlakı və yaxtaları Aİ-yə üzv dövlətlər tərəfindən izlənilir və dondurulur.
“Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriyada daha çox aktivlər müəyyən edilərək dondurulub. Bu tendensiya təkcə Rusiyanın bu ölkələrdəki mülkiyyəti ilə deyil, həm də hakimiyyət orqanlarının işi, eləcə də sanksiyaların effektiv həyata keçirilməsi ilə bağlıdır”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





















































