Sumqayıtda fəaliyyət göstərən “Central Park” restoranında şortla girişə qoyulan qadağa müzakirələrə səbəb olub.
Restoranın sahibi Əli Əhmədov Axar.az-a açıqlamasında sözügedən qadağanın müəssisənin daxili qaydalarından irəli gəldiyini bildirib.
Onun sözlərinə görə, rəsmi qurumlarda və bir çox iş yerində olduğu kimi, rəhbərlik etdiyi obyektdə də müəyyən geyim qaydalarına əməl olunması tələb edilir.
“Bu, mənim şəxsi obyektimdir. Hər iş yerində olduğu kimi, bizim də öz qaydalarımız var. Hansı rəsmi iş yerində şortla daxil olmağa icazə verilir? Bura ailələrin istirahət etdiyi məkandır. Buna görə də şortla girişə icazə vermirik və bu qaydanı tətbiq edirik”, - deyə o qeyd edib.
Ə.Əhmədov restoranın fəaliyyəti ilə bağlı səsləndirilən digər iddiaları da təkzib edib. O bildirib ki, müəssisə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü







.jpg)















































