Fransız fermerlər maraqla gözlənilən Kənd Təsərrüfatı Sərgisi ərəfəsində yenidən traktorları ilə Parisi mühasirəyə alırlar , bu xəbəri "Oxuməni.az" yerli mətbuata istinadən yayıb. Bu gün prezident Emmanuel Makronun çıxışı və bir sıra tədbirlərin ləğvi bütün medianın diqqətini çəkib. Bəzi fermerlər dünən Fransa hökumətinə həftələr əvvəl verdiyi və hələ də yerinə yetirilməmiş vədlərini xatırlatmaq üçün dünyanın ən böyük sərgilərindən biri olan yarmarkanı bloklamaqla hədələmişdilər.
Fransa prezidenti Emmanuel Makron yarmarkanın açılışı üçün planlaşdırılan fermerlər və ətraf mühit fəalları ilə açıq müzakirələrdən imtina edib. Fransa hökuməti həmçinin "Earth Rising" radikal eko-qrupuna dəvəti ləğv etməli olub , çünki Fransanın daxili işlər naziri Gerald Darmanin onları "eko-terrorçu" adlandırıb. Ən böyük fermerlər həmkarlar ittifaqı "FNSEA" daha sonra Makronun təşəbbüsünü “kinli” adlandırıb və bu təşəbbüsdə iştirak etməkdən imtina edib. Buna görə də prezident tədbiri ləğv edib.
İspaniyada fermerlərin etirazları getdikcə genişlənir . Cümə günü yüzlərlə fermer Leon, Teruel və Pamplona kimi bir neçə şəhərdə toplaşaraq daha ədalətli qiymətlər, fermerlər üçün daha əlverişli "yaşıl sövdələşmələr" tələb etdi. Ölkə boyu fermerlər iki həftədir etiraz aksiyası keçirirlər. Bazar ertəsi bir neçə həmkarlar ittifaqı Madriddə genişmiqyaslı aksiya keçirməyi planlaşdırırlar.
Moldovada fermerlər cümə günü Rumıniya ilə böyük sərhəd keçidini uzun müddət bağlayıb, hökumətdən təzminat və subsidiyalar, həmçinin kreditlərin ödənilməsini tələb ediblər. Cümə günü daha sonra fermerlər keçid məntəqəsini açıblar , lakin bu, onların etiraz əlaməti olaraq oradakı yolu traktorları ilə bağladıqları ilk hal deyil.
Azərbycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“.jpg)























































