Avropa İttifaqının yeni 13-cü anti-Rusiya sanksiyalar paketinə 194 fiziki və hüquqi şəxs daxildir, sanksiya tətbiq edilən şəxslərin ümumi sayı iki mini keçib.
“Şura daha 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib. Ümumilikdə, Ukraynanın ərazi bütövlüyü, suverenliyi , müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərlə bağlı Aİ-nin məhdudlaşdırıcı tədbirləri hazırda 2000-dən çox fiziki və hüquqi şəxslərə tətbiq ediləcək”- mətndə deyilir.
“Şura Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verənlər siyahısına 27 yeni təşkilat əlavə edib. Onlar ikili təyinatlı mallar və texnologiyalar, eləcə də Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji tərəqqisinə töhfə verə biləcək mal və texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar”, - deyə məlumatda bildirilir.
"Oxuməni.az"-ın vediyi xəbərə görə , sanksiyaya məruz qalan müəssisələrin bəzilərinin üçüncü ölkələrdə yerləşdiyi bildirilir, Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tayland və Türkiyə. Onların “ticarət məhdudiyyətlərinin qarşısını almaqda iştirak etdikləri” aydınlaşdırılır.
Bundan əlavə, mətndə deyildiyi kimi, “Aİ, xüsusən də elektrik transformatorları kimi Rusiyanın sənaye potensialının güclənməsinə töhfə verən malların ixracına əlavə məhdudiyyətlər tətbiq edib”.
Aİ Şurası nəhayət ki, 13-cü sanksiyalar paketini təsdiqləyib.Sanksiyalar birliyin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































