"WikiLeaks"-in qurucusu Culian Assanj üçün bu həftə çox mühümdür. "Oxuməni.az"-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Britaniya məhkəməsi onun ABŞ-a ekstradisiyası ilə bağlı şikayətinə baxır.
Səhhəti ilə əlaqədar onun özü də dinləmələrdə iştirak edə bilməyəcək. Əgər məğlub olarsa, Assanjın müdafiəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Avstraliyalının həyat yoldaşının başçılığı ilə yüzlərlə nümayişçi ona dəstək nümayiş etdirmək üçün Londondakı Kral Ədalət Məhkəməsi qarşısında toplaşıb.
"Bu, bütün dünyada jurnalistlərə qarşı hücumdur. Bu, həqiqətə hücumdur. Bu isə ictimaiyyətin bilmək hüququna edilən hücumdur. Culian siyasi məhbusdur və həyatı təhlükə altındadır. Navalnının başına gələn Yulianın başına da gələ bilər"- Stella Assanj , Culian Assanjın həyat yoldaşı.
Assanjın atası və ögey qardaşı Qabriel dinləmə üçün Böyük Britaniyaya gəliblər. Onlar onun azad edilməsi üçün Avstraliyada fəal şəkildə kampaniya aparırlar. Ötən həftə Avstraliya parlamenti İngiltərəni Assanjı vətəninə qayıtmasına icazə verilməsinə çağırıb.
2018-ci ildə ABŞ-da o, dövlət kompüterlərini sındırılmağında şərik olmaqda ittiham edilib və 2019-cu ildə buna casusluq qanunlarını pozmaqda daha on yeddi ittiham əlavə olunub.
Bütün maddələr üzrə təqsirli bilinərsə, onu 175 il həbs cəzası gözləyir.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































