Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına səfəri çərçivəsində Kubaya işgüzar görüşə gedib. Lavrov Kubanı “terrorçuluğu dəstəkləyən ölkələr siyahısın”dan çıxarmağa çağırsa da, Vaşinqton administrasiyasının Kubaya qarşı birtərəfli və mənasız siyasət yürütdüyünü bildirib. Bu barədə Oxuməni.az prezident Migel Diaz-Kanelin «X» sosial media hesabındakı paylaşımına istinad edərək məlumat yayıb.
Nazir Lavrov və onu müşayiət edən nümayəndə heyəti paytaxt Havanadakı İnqilab sarayında prezident Migel Diaz-Kanel tərəfindən qəbul edilib.
Diaz-Kanel «X» sosial media hesabındakı paylaşımında Lavrovun səfərindən məmnunluğunu ifadə edib.
Rusiya prezidenti Vladimir Putinə "sevgi dolu" salamlarını çatdırdığını bildirən Diaz-Kanel, "İki ölkə arasındakı münasibətlərə dinamizm gətirmək üçün ortaq maraq doğuran mövzular və beynəlxalq gündəm haqqında fikir mübadiləsi apardıq" deyə bildirib.
Daha demokratik dünya nizamını təmin etmək üçün Kuba ilə birlikdə çalışdıqlarını vurğulayan Lavrov, müstəmləkəçilik təcrübələrinə qarşı birgə çalışmağın vacibliyinə diqqət çəkib.
Lavrov Kubanın xarici işlər naziri Rodrigesi Rusiyaya dəvət edərək, iki ölkə arasında əldə olunan razılaşmaların hüquqi nizama qoyulması üçün iqtisadi, ticarət və texniki əməkdaşlıq komissiyasının birgə fəaliyyət göstərməsinin vacibliyini xatırladıb.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































