İsrailin xarici işlər naziri İsrael Katz, "Holokost"-u İsrailin Qəzza zolağındakı hərəkətləri ilə müqayisə etdiyi üçün Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı persona non qrata elan edib. Bu barədə məlumatı "Oxuməni.az"-ın fevralın 19-da “The Guardian” qəzetinə istinadən yayıb.
İsrail diplomatiyasının rəhbəri bunu Yerusəlimdəki "Yad Vaşem Holokost" muzeyinə və tədqiqat kompleksinə çağırılan Braziliya səfiri ilə söhbətindən əvvəl deyib.
O qeyd edib ki, Braziliya prezidentinin bəyanatı “ciddi antisemit hücumdur”. Bundan əvvəl, fevralın 18-də İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidentinin bəyanatlarını tənqid edib. Netanyahu qeyd edib ki, İsrailin Qəzza zolağındakı hərəkətlərini "Holokost"-la müqayisə edənlər qırmızı xətti keçir.
Həmin gün Braziliya prezidenti qeyd edib ki, Qəzza zolağında baş verən hadisələr “Adolf Hitler yəhudiləri öldürmək qərarına gələndə” baş verib. O, İsrail ordusunun Fələstin anklavındakı hərəkətlərini soyqırım adlandırıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































