Ukraynanın “Burisma” şirkətindən prezident Baydenin oğluna ödənişlər işi üzrə FTB məlumatçısı rusdilli iş adamı Smirnov olub. "Oxuməni.az"-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, FTB-nin keçmiş məlumatçısı Aleksandr Smirnov ABŞ prezidenti Co Baydenə qarşı impiçment araşdırması çərçivəsində yalan ifadə verməkdə günahlandırılıb.
Xüsusi prokuror David Veyss Smirnovu Baydenin oğlu Hanterin Ukraynanın enerji şirkəti "Burisma" ilə biznes əlaqələrində, o cümlədən rüşvət verməkdə iştirakı ilə bağlı “uydurma” hekayələrdə ittiham edib.
O, "Burisma"-nın 2015 və 2016-cı illərdə Baydenlərə 5 milyon dollar ödədiyini söyləyib .Bunun müqabilində Hanter atası vasitəsilə istintaqla bağlı bütün məsələləri həll etməli idi. Əslində, Smirnov Ukrayna şirkətinin rəhbərliyi ilə 2017-ci ildə, hazırkı prezidentin "ABŞ siyasətinə təsir edə bilmədiyi" zaman əlaqə saxlayıb, ittihamda deyilir.
Bundan əlavə, Smirnov FTB müstəntiqlərinə Baydenin Kiyevdəki otelə daxil olmasının görüntülərini gördüyünü deyib, amma Bayden heç vaxt Ukraynada olmayıb, otelə getməyib, bu barədə prokurorlar qeyd ediblər.
2020-ci il seçki kampaniyası zamanı Smirnov FTB işçisinə Baydenin oğluna qarşı “qərəzli münasibət bildirən bir sıra mesajlar” göndərib. Yerli mətbuat yazır ki, "yazı və orfoqrafik səhvlərlə dolu" mətnlərdə o, Baydenin oğlunu həbsə atmağa kömək edəcək məlumatlara malik olması ilə öyünüb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































