İsrail hərbçiləri Xan Yunis bölgəsində keçirdiyi əməliyyat zamanı "HƏMAS"-a məxsus silahlar, qumbaralar, döyüş sursatları və döyüş sənədləri aşkar ediblər. Bu barədə "Oxuməni.az"-ın İsrail hərbi komandanlığının nümayəndələrinə istinadən verdiyi xəbərdə bildiriliir.
Bu arada bildirilir ki, ABŞ, Misir və Qətərin iştirakı ilə İsrail və "HƏMAS" arasında atəşkəs danışıqları heç bir irəliləyişə səbəb olmayıb. Eyni zamanda Misir əsas məsələlər üzrə məsləhətləşmələri və koordinasiyanı davam etdirmək istəyinin olduğunu bəyan edib.
İsrail hazırda Qəzza əhalisinin yarıdan çoxunun məskunlaşdığı Rəfahda quru əməliyyatı keçirmək niyyəti ilə bağlı güclü beynəlxalq təzyiqlərlə üzləşir.
BMT-nin baş katibi Antonio Quterreş ümidvar olduğunu bildirib ki, Rəfaha genişmiqyaslı hücumun qarşısını almaq olar.
Çərşənbə axşamı İsrail hərbi komandanlığının oktyabrın 10-da "Həmas"-ın video müşahidə kameralarının çəkdikləri görüntülərini yayımladı. Hərbçilər onu anklavın tunellərindən birində tapıblar. Video görüntülərdə Qəzza zolağında "HƏMAS" lideri Yəhya Sinvarın həyat yoldaşı, qardaşı və uşaqları ilə tuneldən keçdiyi görünür. Ordu sözçüsü bildirib ki, ordunun missiyası Yəhya Sinvarı ölü və ya diri tapmasına çatmaqdır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































