Qərbi Virciniya ştatının baş prokuroru Patrick Morrisey ABŞ-ın vitse-prezidenti Kamala Harrisə məktub göndərərək, prezident Co Baydenin koqnitiv pozğunluqlar səbəbindən öz vəzifələrini yerinə yetirə bilməyəcəyini elan edib. Sənədin mətnini Oxuməni.az «Fox News»-a istinadən yayımlayıb.
Qərbi Virciniya ştatının baş prokuroru müraciətində Harrisdən ABŞ Konstitusiyasına 25-ci düzəlişin dördüncü bölməsi üzrə səlahiyyətlərini həyata keçirməyi və dövlət başçısının vəzifələrini öz üzərinə götürməyi xahiş edib.
“Çox uzun müddətdir ki, amerikalılar öz prezidentlərinin dərin idrak qabiliyyətinin zəifləməsini izləmək məcburiyyətində qalıblar. Təkcə son bir neçə ayda prezident Bayden dünya liderləri və siyasi xadimləri qarışdırıb”, - sənəddə belə deyilir.
Patrick Morrisey Baydenin məxfi sənədlərlə işləməsini təhqiq edən xüsusi prokuror Robert Heurun hesabatını xatırladıb və dövlət başçısının yaddaşında çoxsaylı qüsurları təsvir edib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































