Almaniyanın ən böyük müdafiə konserni "Rheinmetall" yeni sursat zavodunun tikintisinə başlayır. "Oxuməni.az"-ın yerli mediaya istinadən verdiyi məlumata görə Unterlüsdəki təməlqoyma mərasimində Almaniya və Danimarkanın baş nazirləri Olaf Şolz və Mette Frederiksen iştirak ediblər. Yeni zavod nəinki Bundesverin ehtiyaclarını ödəməli, həm də mərmi ilə Ukraynaya kömək etməlidir.
Mette Frederiksen, Danimarkanın Baş Naziri: "Bu il ABŞ-da nə baş verməsindən asılı olmayaraq, mən hesab edirəm ki, indi nəticə çıxarılmalıdır. Avropa daha güclü olmalıdır və biz öz gücümüzlə daha çox iş görməliyik. Mən transatlantik alyansa da inanıram”.
Aşağı Saksoniyada zavodun tikintisinin 12-15 ay davam edəcəyi gözlənilir. Layihənin dəyəri, "Rheinmetall" konserninin məlumatına görə, 300 milyon avrodur. Zavodun ilk ildə 50 min artilleriya mərmisi istehsal edəcəyi, daha sonra isə 200 min ədədə çatması planlaşdırılır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































