Birləşmiş Ərəb Əmirlikləri Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb. Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə zaman aparan yol uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.
Mövzu ilə bağlı BƏƏ-nin «VAM» xəbər agentliyinin X sosial media hesabından açıqlama verilib. Açıqlamada qeyd olunub ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin ekoloji tullantıları sıfırdır.
Bildirilib ki, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Dovntovn, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyaya sahib olacaq. .
Açıqlamada, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyinə diqqət çəkilib. Məlumat oxuməni.az saytına istinadən verilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































