İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfahda Fələstinin "Həmas" qruplaşmasının hədəflərinə bir sıra hava zərbələri endirib. Bu barədə İsrail ordusu nümayəndələri bildiriblər. "Oxuməni.az" regional mediaya istinadən xəbər verir ki, son günlər zərbələr nəticəsində yüz nəfərin öldüyü bildirilir.
Beynəlxalq ictimaiyyət yüz minlərlə fələstinlinin yerləşdiyi Rəfahda quru əməliyyatının qəbuledilməzliyi ilə bağlı İsrailə xəbərdarlıq edir. Bununla belə, İsrail bu hərəkətlərin ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını təkid edir.
ABŞ prezidenti Co Bayden artıq İsrailin Qəzza zolağındakı hərəkətlərini “həddindən artıq” adlandırıb. Bazar günü o, Netanyahuya zəng edərək, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün dəqiq bir plan hazırlamadan Rəfahı işğal etməmək barədə xəbərdarlıq edib. Yardım agentlikləri insanların gedəcək yerləri olmadığı üçün evakuasiyanın mümkün olmadığını deyir.
Anklavın cənubunda hava zərbələri endirilməsi ilə bağlı xəbərlər fonunda, İsrail ordusu Rəfahdakı reyd zamanı iki israilli əsirinin azad edildiyini açıqlayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































