Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb. Məlumat oxuməni.az saytına istinadən yayılıb.
"Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq. Bütün ölkələrlə və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır". Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagozov tərəfindən dərc edilmiş ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda belə yazılıb.
Bundan əvvəl Blinken Qırğızıstan rəhbərinə mesaj göndərərək, «Ölkədə qeyri-hökumət təşkilatları (QHT-lər) haqqında qanuna baxılmasından narahatlığını ifadə edib və bu qanunun qəbulu, dövlət katibinin fikrincə, ölkənin vəziyyətinə mənfi təsir göstərəcək» - deyə bildirilmişdi. Bu qanun layihəsi hazırda müzakirə mərhələsindədir.
Japarov, həmçinin ABŞ nümayəndəsinin Qırğızıstanda insan hüquq və azadlıqlarının real vəziyyəti ilə bağlı qərəzli məlumat yaymasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, xarici dövlətlər və onların ayrı-ayrı nümayəndələri tərəfindən maliyyələşdirilən QHT-lərin yalnız kiçik, lakin “çox səsli qrupu” öz “çətinlikləri” və “təqibləri” haqqında fərziyyələr aparır, bu da öz növbəsində xarici sponsor strukturları onların ardınca getməyə, israfçılıqla məşğul olmağa məcbur edir…
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































