Seneqal parlamenti prezident seçkilərinin dekabrın 15-dək təxirə salınması barədə qərar qəbul edib, Əl-Cəzirə xəbər verir.
165 yerlik parlamentdə 105 deputat sənədin lehinə səs verib. Eyni zamanda ölkənin hazırkı prezidenti Makki Sall həmin vaxta qədər hakimiyyətdə qalmağa davam edəcək.
Telekanal səsvermənin “xaotik” olduğunu, bəzi müxalifət deputatlarının iclas zalından çıxarıldığını, asayişi bərpa etmək üçün təhlükəsizlik xidmətlərinin cəlb edildiyini qeyd edir.
Şənbə günü Sall prezident seçkilərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edərək ictimaiyyətin qəzəbinə səbəb oldu. Ölkənin paytaxtı Dakarda müxalifətçilərlə gözyaşardıcı qazdan istifadə edən polis arasında toqquşma baş verib. Səlahiyyətlilər hadisə yerindən canlı yayımlanan bir özəl televiziya kanalını efirdən çıxarıb, həmçinin internetə çıxışı məhdudlaşdırıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































