SBU Rusiya Federasiyası FSB-nin kəşfiyyat şəbəkəsini zərərsizləşdirib. Buraya Ukrayna xüsusi xidmət orqanlarının keçmiş və indiki məmurları daxil idi.
Bu barədə RBC-Ukrayna SBU-ya istinadən məlumat yayıb.
"Təhlükəsizlik xidməti Ukraynada fəaliyyət göstərən FSB hərbi əks-kəşfiyyatının güclü kəşfiyyat şəbəkəsini zərərsizləşdirib. Çoxmərhələli xüsusi əməliyyat nəticəsində müxtəlif bölgələrdə düşmən qrupunun 5 üzvü saxlanılıb", - məlumatda deyilir.
Onların arasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Xarici Kəşfiyyat Xidmətinin keçmiş məmurları, həmçinin SBU-nun regional şöbəsinin əməkdaşı da var.
"Müttəhimlər eyni kuratorla - hazırda müvəqqəti olaraq işğal olunmuş Krımda olan FSB zabiti ilə əlaqə saxlayıblar. Bu kəşfiyyat şəbəkəsinin vəzifəsi Müdafiə Qüvvələri və dövlətimizin strateji əhəmiyyətli enerji obyektləri haqqında kəşfiyyat məlumatlarını təcavüzkara ötürmək idi",-deyə qurumdan bildiriblər
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































