Almaniya kansleri Olaf Şolz bildirib ki, ölkəsində hər dörd nəfərdən biri immiqrasiya keçmişinə malikdir. Məlumatı oxuməni.az xəbər portalı paylaşıb.
Kansler Şolz və Almaniya hökumətinin inteqrasiyadan məsul naziri Reem Alabali-Radovan Baş Nazirlikdə immiqrant təşkilatlarının nümayəndələri ilə görüşüblər.
Görüşdən sonra mətbuata açıqlama verən Şolz, "Almaniyada demək olar ki, hər dörd nəfərdən birinin immiqrasiya keçmişi var” - deyə bildirib.
Almaniyadakı bir çox immiqrantın narahat olduğuna və hələ də ölkədə gələcəklərinin olub-olmadığını sorğuladıqlarına diqqət çəkən Şolz, "Çünki bəziləri mühacirlərin həbs edilmək və sonra köç etmək məcburiyyətində qalacaqları ilə bağlı şayiələr yayırlar" deyə qeyd edib.
Mühacir əsilli insanların yanında olduqlarını vurğulayan Şolz, "İfratçılıq və dözümsüzlüyün cəmiyyətimizi parçalamasına icazə verməyəcəyik. Ölkəmizdəki 84 milyon vətəndaşın hamısı eyni hüquqlara malikdir. Hər kəs hörmətə layiqdir" kimi fkirlər səsləndirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































