Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, ABŞ Yaxın Şərqdə İranın dəstəklədiyi radikal qruplara qarşı yeni zərbələr endirməyi planlaşdırır. "Oxuməni.az"-ın verdiyi məlumata görə , Con Kirbi bu xəbərdarlığı ABŞ-ın İraq və Suriyada İranla əlaqəli silahlı radikal qruplar tərəfindən istifadə edilən onlarla obyektə bir sıra hava hücumlarından bir neçə saat sonra verib.
Bu, keçən həftə İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olan pilotsuz təyyarənin hücumuna cavab idi. Bu arada Bağdadda İranın dəstəklədiyi Xalq Səfərbərlik Qüvvələrinin ABŞ-ın Ənbar əyalətindəki mövqelərinə endirdiyi zərbələrdən birində həlak olan hərbçilərin dəfn mərasimi keçirilib.
Bu hava hücumundan sonra ABŞ müttəfiqlərindən ibarət koalisiyanın Yəməndəki 36 husi hədəfinə qarşı növbəti hücumu həyata keçirilib.
Husi üsyançıları aylardır Qırmızı dənizdə gəmilərə hücum edir və bununla da Qəzzada fələstinliləri dəstəklədiklərini iddia edirlər.
Birləşmiş Ştatlar İsrailin "HƏMAS"-la müharibəsini genişləndirməyə çalışmadığını və Yəmənə rəsmilərin göndərilməsi də daxil olmaqla, regionun bir çox ölkələri ilə danışıqlar apardığını bildirir. Düzdür, bir çox analitiklər Vaşinqtonun diplomatik strategiyasını ip üzərində addımlamaq adlandırırlar.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































